AZƏRBAYCANDA VƏ AZƏRBAYCAN KƏNARDA YAŞAYAN GƏDƏBƏYLİ ZİYALILARA VƏ İŞ ADAMLARINA

MÜRACİƏT

ƏZİZ HƏMYERLİLƏR!


Ümümilli liderimiz Heydər Əliyevin Respublikamizda yenidən hakimiyyətə gayidişi ilə Ermənistan Respublikasi ilə 123 km məsafədə həmsərhəd olan Gədəbəy rayonunda da ictimai-siyasi sabitlik əldə olunmuş,rayonun müdafiə gabiliyəti etibarli şəkildə möhkəmləndirilmiş,dinc quruculuq sahəsinda bir sira problemlər həllini tapmişdir.

Müstəqilliyimizin ilk illərində isə gədəbəylilər əsl qəhrəmanliq və sücaət göstərərək nəinki torpaglarimizin bütövlüyünü qorudular,hətta tarixi Azərbaycan torpaqlarini düşmən tapdagindan azad etdilər.Rayonumuzun əhalisi bununla da torpaga,vətənə bagligini bir daha sübut etdilər.

Lakin,açiq etiraf etmək lazimdir ki,dinc quruculuq illərində füsunkar təbiətə,bərəkətli torpağa,xüsusilə torpağa bağli vətənpərvər insanlara malik Gədəbəy rayonu öz həqiqi potensialini reallaşdirma bilməmişdir.

Sizlərə bildirmək istəyirlik ki,son illər rayonun iqtisadi,mədani və ictimai-siyasi həyatinda inkişafa meyllənmiş ritm hökm sürür.Hər şeydən əvvəl biz adamlarin Rayon İcra Hakimiyyətinə inamlarinin bərpasina nail olmuşuq.İcra Hakimiyyətinə müraciət edən hər bir vətəndaş inanir ki,onun qanunu hüqüq və mənafeiləri axiradək müdafiə olunacaqdir.Bütün bunlar Rayon İcra Hakimiyyəti ilə vətəndaşlar arasinda səmimi münasibətlərin yaranmasinda gətirib çixarmişdir.İndi inamla demək olar ki,rayonda sağlam mənavi-psixoloji mühit hökm sürür.

Rayonda tikinti-abadliq işlərinin sürəti artmişdir.2003-cü ildən başlayaraq G.d.b.y şəhərində və digər yaşayiş məntəqərində xeyli təmir-tikinti,abadliq işləri görülmüşdür.Rayonun iqtisadi inkişafi,adamlarin maddi vəziyyətinin yaxşilaşdirilmasi istiqamətində daxili imkanlar,bir sözlə bütün mümkün vəsaitlərdən istifadə olunur.
Azərbaycan Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə tarixi inkişafinin yeni mərhələsində sürətlə irəliləyir.Bunu Beynalxalq Aləm də etiraf edir.

Lakin,bu bir həqiqətdir ki,müharibə,qaçqin və məcburi köçkün problemi ilə üzləşən bir ölkədə bütün işləri hələlik dövlət vəsaiti hesabina görmək imkan xaricindədir.İndi dogma Gədəbəyimizin hər birimizin körməyinə,gayğisina daha çox ehtiyaci vardir.İllərdən bəri yiğilib galmiş bir sira vacib problemləri bizim və sizlərin birgə səyləri və əzimkarliği sayəsində aradan qaldira bilərik.Həmyerlimiz Vidadi Süleymanovun Novoivanovka kəndinə öz vəsaiti hesabina tiktirdiyi “Mascid”,körpü,Beynalxalq Standartlara cavab verən 3 mərtəbəli məktəbbinasi imkani olan hər bir gədəbəyliyə ən yaxşi vətənpərvərlik nümunəsi ola bilər.yeri gəlmişkən onu da qeyd etməyi lazim bilirəm ki,turizm üçün əlverişli şəraitin olmasi,keyfiyyətli mər-mər yataqlari,tibbi müalicəvi mineral sulari,dərman bitkiləri,meşələrimiz,kənd təsərrüfati məhsullarinin emala cəlb edilməsi imkanlari rayonumuzda sahibkarlar qarşisinda geniş perspektivlər açir.

Hazirda rayonumuzda sahibkarliğin inkişafi üçün normal şərait yaradilmişdir.Mən,Sizi tam əmin edirəm ki,hər bir təklifiniz bizim tərəfimizdədir dərhal dəstəklənəcək və ənqisa müddətdə öz həllini tapacaqdir.Bununla da iqtisadiyyatimiza qoydugunuz sərmayədən həm Sizlər,həm də doğma Gədəbəyimiz faydalanacaqdir.

Biz inaniriq ki,hər birimiz yaşadiğimiz,nəfəs aldiğimiz və indiki səviyyəmizə çatmağimizda əvəzsiz rolu olan torpağimizin,elimizin,obamizin problemlərinin həllinə biganə qalmayacağiq.Heç şübhəsiz ki,birgə fəalliyətimiz ən yaxin vaxtlarda Gədəbəyimizin əvvəlki şöhrətinin qaytarilmasina gətirib çixaracaqdir.

Bir sözlə bütün ziyalilarimizi və iş adamlarimizi rayonumuzun inkişafi naminə birgə fəalliyətə çağiriram.

Rayon İcra Hakimiyyətinin qapilari günün istənilən vaxti Sizin üzünüzə açiqdir.

Hörmətlə:
Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçisi
K.Q.RZAZADƏ

“Azərbaycan Respublikasi rayonlarinda, şəhərlərində, şəhər rayonlarinda, kəndlərində və qəsəbələrində dövlət həkimiyyət və idərəetmə organlarinin strukturunu və fəaliyətini təkmilləşdirilməsi haqqinda” Azərbaycan Respublikasi Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəlı Fərmanina əsasən Gədəbəy Rayonu İcra Hakimiyyəti yaradilmişdir.

daha ətraflı

Foto Qalereya



© Gedabey.az | All Right Reserved